Yaponiyanın paytaxtı Tokioda keçirilməsi planlaşdırılan sinxron üzgüçülük üzrə Olimpiya Təsnifat Turniri təxirə salınıb.
Fanat.Az xəbər verir ki, Beynəlxalq Üzgüçülük Federasiyası (FINA) qəbul etdiyi qərara əsasən, yarış koronavirusa görə ertələnib.
FINA turnirin başqa ölkədə təşkilini nəzərdən keçirir və qərar həftə ərzində açıqlanacaq.
Qeyd edək ki, Olimpiya Təsnifat Turniri 1 - 4 mayda keçirilməli idi. Tokio-2020 Yay Olimpiya Oyunları bu il 23 iyul - 8 avqusta təxirə salınıb.
Fanat.Az