Romada təşkil olunan üzgüçülük üzrə gənclər arasında Avropa çempionatında təmsilçimiz Məryəm Şeyxəlizadəxangah yarışın final mərhələsində çıxış edib.
Fanat.az xəbər verir ki, 17 yaşlı idmançımız 50 metr məsafəyə batterflay üsulu ilə üzmədə 27.34 saniyə göstərici ilə 7-ci olub.
Oğlanların 200 metr məsafəyə batterflay üsulu ilə üzmə yarışında çıxış edən Ramil Vəlizadə isə yarımfinalda 1:59,62 göstərici ilə finala vəsiqə qazanıb. Həlledici mərhələ bu gün baş tutacaq.
Qeyd edək ki, iyulun 6-da start götürən AÇ-yə bu gün yekun vurulacaq.
Sahib