Tokio 2020-nin üzgüçülük yarışlarının dördüncü günündə Olimpiya rekordu qeydə alınıb.
Fanat.Az xəbər verir ki, qadınların 100 metr məsafəyə arxası üstə üzmə yarışında çempion olan avstraliyalı Keyli Makkioun 57,47 saniyə ilə Olimpiadalar tarixinin ən yaxşı nəticəsini müəyyənləşdirib.
Özünə məxsus dünya rekordunu qırmaq üçün ona cəmi 0,3 saniyə yetməyib.
Qeyd edək ki, Keyliyə qədər rekord onun həmyerlisi Emili Sibouma məxsus idi. İkiqat Olimpiya çempionu olan Emili, London 2012-nin təsnifat mərhələsində 58,23 nəticə göstərmişdi.
Sahib Əsədbəyli