16:04 04.05.2022 730

"Təəssüf ki, dünya çempionatına lisenziya qazana bilmədik" - AÇIQLAMA

"Təəssüf ki, Çexiyadakı turnirdə dünya çempionatına lisenziya qazana bilmədik".

Bunu Fanat.Az-a açıqlamasında Çexiyanın Ostrava şəhərində keçirilən beynəlxalq turnirin yekunları barədə danışarkən üzgüçülük üzrə Azərbaycan yığmasının baş məşqçisi Rəşad Əbdürəhmanov deyib. 

Yarışa yollanan dörd idmançının çıxışını ayrılıqda dəyərləndirən çalışdırıcı əldə olunan 5 medalın qənaətbəxş olduğunu bildirib: 

"Bizim bunadək dünya çempionatına 2 lisenziyamız var idi. Məryəm Şeyxəlizadəxangah ötən il İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında 50, Ramil Vəlizadə 200 metr məsafəyə batterflay üsulu ilə üzmədə mundiala vəsiqə qazanmışdı. Hər iki idmançının 100 metr batterflayda da normativi yerinə yetirməsinə.ümid bəsləyirdik. Ancaq təəssüf ki, cüzi fərqlə lisenziyadan aralı düşdülər. Ramil Vəlizadə buna daha yaxın idi. Ümumilikdə, beş medal qazandıq ki, bu, yaxşı göstəricidir. Rəşad Alquliyev və Əbdürəhman Rüstəmov bizim gənc idmançılarımızdır. Rəşad 2004, Əbdürəhman 2006-cı il təvəllüdlüdür. Onlar da artıq xeyli müddət idi ki, yarış praktikasının azlığından əziyyət çəkirdilər. Üstəlik, Alquliyev səfər zamanı xəstələnmişdi. Yarışa nasaz halda çıxası oldu. Onu da diqqətə çatdırım ki, bu yarışda kifayət qədər titullu idmançılar, hətta dünya rekordçuları iştirak edirdi".

Əbdürəhmanov 18 iyun - 3 iyul aralığında Macarıstanın paytaxtı Budapeştdə təşkil olunacaq DÇ-də qarşıya qoyulan hədəfi açıqlayıb:

"Bu dünya çempionatından etibarən Paris-2024 Olimpiadasına lisenziya sahibləri müəyyənləşməyə başlayacaq. Lakin təbii ki, bizim bu yarışdanca lisenziya götürməyimiz çox qəlizdir. Normativlər də çətinləşib. İstənilən halda, yaxşı nəticələr gözləyirik".

Qeyd edək ki, Azərbaycan üzgüçüləri Ostravadakı beynəlxalq turniri 1 gümüş, 4 bürünc medalla tamamlayıb. Yeganə "gümüş"ü Ramil Vəlizadə 200 metr məsafəyə batterflay üsulu ilə üzmədə qazanıb. O, 100 metr batterflayda üçüncü olub. Məryəm Şeyxəlizadəxangah isə 50 metr məsafəyə sərbəst üzmədə, həmçinin 50 və 100 metr məsafəyə batterflay üsulu ilə mübarizədə bürünc medallara sahib çıxıb.

Sahib

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

05 May 2024
22:35

"Barselona" Levandovskiyə əvəzləyici tapdı

22:10

"Sabah" bəxt sayəsində qalib gəldi" - Elmar Baxşıyev 

21:40

Renduliçdən qələbə şərhi: "Hələ heç nə bitməyib"

20:58

MPL: "Zirə" "Turan Tovuz"a, Sabah" "Araz-Naxçıvan"a qalib gəldi 

20:15

İtaliyalı ulduz "Qalatasaray"a dönür

19:40

Almaniyada oynayan futbolçu Almaniyaya gedə bilməyəcək

19:30

"90 dəqiqə rəqibdən üstün oynadıq" - Ayxan Abbasov

18:54

Rəşad Sadıqov Tovuzdakı  qələbəni belə şərh etdi

17:40

Avropa Kuboku: Azərbaycan millisi növbəti medalı qazandı

17:00

"Karyeramla bağlı müəyyən planlarım var" - Qazaxıstan klubundan ayrılan milli üzvü

16:20

İngiltərə nəhəngi türkiyəli ulduzla anlaşdı - SON DURUM 

15:47

"Borussiya Dortmund"un məşqçisi "Beşiktaş"da - Danışıqlar başladı

15:16

“Bakı Marafonu-2024”ün qalibləri bəlli oldu

14:38

"Bunu demək üçün mütəxəssis olmaq lazım deyil" - Aslan Kərimov

13:59

Qvardiola 5:1-i və Holandın pokerini dəyərləndirdi

13:23

Bakıda keçirilən turnirə yekun vurulur

12:52

Tyaqo Silva yeni klubu ilə razılığa gəldi - Detallar 

12:00

"Öz oyunumu necə qiymətləndirə bilərəm? Çox pis” - Rza Cəfərov

11:40

"Qarabağ"da yeni müqavilə - RƏSMİ

11:00

Günün oyunları bu kanallarda - AFİŞA 

10:38

“Bakı Marafonu 2024” marafonu start götürdü

10:00

Messi şou göstərdi - Argentinalı karyerasında ilk dəfə bunu reallaşdırdı

09:26

Avropa Kuboku: Cüdoçularımızdan ilk gündə 10 medal

01:40

"Real" 36-cı çempionluğunu rəsmiləşdirdi

01:25

“Monako”dan darmadağın

01:10

"Sassuolo" yenə "İnter"ə qənim oldu

00:51

"Bayern"dən növbəti məğlubiyyət

00:12

İPL: "Arsenal" da darmadağınla qazandı, "Mançester Siti" də

04 May 2024
23:50

Şahruddinin komandası səfərdə sevindi

23:00

"Komandamı ən az "Neftçi"yə qarşı motivasiya edirəm" - Qurbanovdan 5:0 şərhi

22:46

“Qarabağ” müdafiəçisi ilə yeni müqavilə bağladı

22:40

"Azarkeşlərdən üzr istəyirəm" - Miodraq Bojoviç

21:21

MPL: Tovuzda qalib olmadı, "Qarabağ" "Neftçi"ni darmadağın etdi

21:00

Daha bir komanda Premyer Liqaya yüksəldi - 22 il sonra

19:22

"Stressin səbəbi "Sumqayıt"ın texniki zonasından gələn sözlər, jestlər idi"

18:46

"Müdafiəçilərimiz ən zəif oyunlarından birini keçirdilər" - Samir Abasov

18:40

"Bayern" "Barselona"nın ulduzu ilə güclənir - SON DURUM 

17:56

Voleybol: Azərbaycan birinciliyinin qalibi müəyyənləşdi

17:32

Kurtua bu mövsüm ilk dəfə meydana çıxır

17:10

Piolinin yeni klubu bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X