Üzgüçülük üzrə Azərbaycan yığmasının üzvləri Almaniyada Dünya Kuboku yarışına qatılıblar.
Federasiyadan Fanat.Az-a verilən məlumata görə, Berlin şəhərində təşkil olunan yarışda 57 ölkədən 600-dən çox idmançı gücünü sınayacaq.
Baş məşqçi Rəşad Əbdürəhmanovun rəhbərliyi altında ölkəmizi Dünya Kubokunda Ramil Vəlizadə və Məryəm Şeyxəlizadəxangah təmsil edəcək.