
Taekvondo üzrə gənclərdən ibarət Azərbaycan millisi beynəlxalq turnirində çıxış edəcək.
Fanat.Az xəbər verir ki, bu barədə Azərbaycan Taekvondo Federasiyası məlumat yayıb.
Albaniyanın paytaxtı Tirana şəhərində keçiriləcək “Albania Open” turnirində ölkəni yarışda dörd idmançı təmsil edəcək.
Söhbət Zəhra İsayeva (44 kq), Gülnar Rəsulzadə (52 kq), Novruz Əliyev (55 kq) və Adil Kazımlıdan (73 kq) gedir.
Qeyd edək ki, taekvandoçular mübarizəyə oktyabrın 3-də qoşulacaq.