Stolüstü tennisçilərimiz Birləşmiş Ərəb Əmirliklərində keçirlən “WTT Youth Contender” turnirində mübarizəyə uğurla başlayıblar.
Fanat.Az xəbər verir ki, Rüstəm Hacılı - Aylin Əsgərova tandemi qarışıq qoşa, Onur Quluzadə ilə Yağmur Məmmədli isə şəxsi yarışlarda bürünc mükafata layiq görülüb.
Qeyd edək ki, ev sahibi Birləşmiş Ərəb Əmirlikləri ilə yanaşı, Azərbaycan, İngiltərə, İtaliya, Polşa, Slovakiya, Rumıniya, Çin, Cin Taypeyi, Honq Konq, Yaponiya, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, İran, İraq, Filippin, Hindistan, Malaziya, Şri Lanka, Qətər, Benin, Qazaxıstan, Özbəkistan, Türkmənistan, İordaniya, Fələstin, Avstraliya, Misir və Nigeriya idmançılarının qatıldığı yarışa oktyabrın 17-də yekun vurulacaq.