Bu gün veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı start götürüb.
Fanat.Az xəbər verir ki, “Şüa” İdman-Sağlamlıq Kompleksində keçirilən yarışda kişilər 40-49, 50-59, 60-69 və 70-dən yuxarı yaş qrupunda, qadınlar 40-dan yuxarı yaş qrupunda mübarizə aparırlar.
Budəfəki çempionata 60-a yaxın iştirakçı qatılıb. Onlar həm şəxsi, həm də qoşa yarışlarda qalib və mükafatçılar müəyyənləşdirəcəklər.
Azərbaycan çempionatına sabah yekun vurulacaq.