
Daha üç məşhur tennisçinin adı Şöhrət Zalına salınıb.
Fanat.Az xəbər verir ki, onlardan biri də rusiyalı Mariya Şarapovadır.
Şarapova 5 dəfə “Böyük dəbilqə” seriyalı turnirlərin qalibi olub. Onu Şöhrət Zalına Serena Uilyams qəbul edib.
Digər iki nəfər isə Bob və Mayk Braun qardaşlarıdır.
Xatırladaq ki, ABŞ-li Bob və Mayk 16 dəfə “Böyük dəbilqə” turnirlərinin cüt yarışlarında çempion olublar.