ATP, WTA və ITF koronavirus pandemiyası səbəbindən 7 iyuna kimi bütün tennis turnirlərinin ləğv olunduğunu elan ediblər.
Fanat.Az xəbər verir ki, sözügedən təşkilatlar bu barədə ortaq bəyanat yayıblar:
"COVID-19-un yayılması ilə bağlı vəziyyəti diqqətlə araşdırdıqdan sonra yaz üçün planlaşdırılmış ATP və WTA turnirlərini ləğv etmək qərarına gəldik.
Professional tennis mövsümü 7 iyun tarixinə kimi dayandırılır. Bura ATP "Çellencer" və ITF turnirləri də daxildi. 7 iyundan sonraya planlaşdırılan turnirlər nəzərdə tutulduqları tarixlərdə keçiriləcəklər. Bu müddət ərzində ATP və WTA reytinqləri dondurulacaq".
Fanat.Az