İdman dünyası da karantin günlərini daha çox kompüter qarşısında, sosial mediada keçirir.
Onlardan biri də Rocer Federerdi. 38 yaşlı tennisçi bu dönəmdə tez-tez maraqlı paylaşımları ilə diqqət mərkəzinə düşür.
Fanat.Az xəbər verir ki, Federer bu səfər həm özünü məsxərəyə qoyub, həm də insanları gələcəyə dair nikbin olmağa çağırıb. İsveçrəli raketka ustası köhnə şəkillərindən birini paylaşıb və qeyd edib:
"Hər kəsə xatırlatmaq istəyirəm: yaxşı günlər irəlidədi".
Fanat.Az