Qriqor Dimitrovda koronavirus aşkarlanıb.
Fanat.Az xəbər verir ki, Dimitrov "Instagram" hesabında bu barədə məlumat verib:
"Son günlərdə mənimlə əlaqəda olan şəxslərdən testdən keçmələrini və bütün lazımi tədbirləri görmələrini xahiş edirəm. Kiməsə zərər verə biləcəyim üçün təəssüf hissi keçirirəm. Hazırda evdəyəm, müalicə alıram. Dəstəyə görə minnətdaram. Xahiş edirəm, özünüzə və sağlamlığınıza diqqət yetirin".
ATP reytinqinin sabiq "üç nömrə"si həftə sonu Novak Cokoviçin Zadarda keçirilən turnirində iştirak etmişdi. Bir həftə əvvəl isə o, Belqradda korta çıxmışdı.
Cokoviç, Aleksandr Zverev, Dominik Tim və Andrey Rublev kimi raketka ustalarının qatıldığı turnirdə sosial məsafə qaydalarına əməl edilməmiş və digər təhlükəsizlik tədbirləri görülməmişdi. İştirakçılar qucaqlaşmış, əllə görüşmüşdülər.
Qeyd edək ki, Belqraddakı yarış ərəfəsində Cokoviç koronavirus daşıyıcısı olan basketbolçu Nikola Yankoviçlə görüşüb.
Fanat.Az