Belqradda keçirilən turnirlərin iştirakçılarından Viktor Troitskinin koronavirus testinin nəticəsi pozitiv çıxıb.
Fanat.Az "Sportklub"un jurnalisti Saşa Ozmonun "Twitter" hesabına istinadən xəbər verir ki, Troitski ilə yanaşı, onun hamilə həyat yoldaşında da COVID-19 aşkarlanıb.
Troitski 13-14 iyunda "Adria Tour"un ilk mərhələsində korta çıxmış, daha sonra isə Yanko Tipsareviçin akademiyasında keçirilən Şərqi Avropa çempionatına qatılmışdı.
Qeyd edək ki, Novak Cokoviçin təşkilatçılığı ilə keçirilən turnirlərdə iştirak edən Qriqor Dmitrov və Borna Çoriç də koronavirusa yoluxub.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol