Novak Cokoviçin atası Srcan Cokoviç Belqrad və Zadarda oğlunun təşkilatçılığı ilə keçirilən turnirdə iştirak edən tennisçilərdə koronavirus aşkarlanmasına münasibət bildirib.
Fanat.Az Jutarnji.hr saytına istinadən xəbər verir ki, Srcan Qriqor Dimitrovun, oğlunu və digər tennisçiləri xəstəliyə yoluxdurduğunu iddia edib:
"Novak da daxil olmaqla, hamı baş verənlərə görə əziyyət çəkir. Təbii ki, o, özünü yaxşı hiss etmir, amma biz güclü olmalı və bu çətinliyin də öhdəsindən gəlməliyik.
Qriqor Dimitrov ABŞ-dan gəlmişdi və koronavirus testindən keçməmiş turnirə qatılmışdı. Sonra Monakoda olanda analiz verdi. O, Novaka, bütün Cokoviç ailəsinə, Xorvatiya və Serbiyaya böyük zərər vurdu".
Qeyd edək ki, Novak Cokoviç, onun fitnes-məşqçisi, Yelena Cokoviç (Novakın xanımı - Fanat.Az) Qriqor Dimitrov, Dimitrovun məşqçisi, Borna Çoriç, Viktor Troitski və Troitskinin hamilə həyat yoldaşı COVID-19-a yoluxublar.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol