WTA reytinqinin birincisi Eşli Barti "US Open"ə qatılmayacaq.
Fanat.Az xəbər verir ki, avstraliyalı tennisçi açıqlamasında qeyd edib:
"Komandam və mən bu il "Western & Southern Open" və "US Open"də iştirak etməmək qərarına gəldik. Hər iki turniri sevirəm. Qərar vermək elə də asan olmadı. Sadəcə, koronavirusla bağlı risk hələ də mövcuddu və mən belə situasiyada komandamı təhlükə altına atmaq istəmirəm".
Qeyd edək ki, "US Open" 31 avqustda start götürəcək.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol