Milli Məclisin sabiq sədri Oqtay Əsədovun rəhbəri olduğu Azərbaycan Tennis Federasiyasında kadr dəyişikliyi olub.
Unikal.org-un əldə etdiyi məlumata görə, O.Əsədov Sabirə Abdullayevanı federasiyanın icraçı direktoru təyin edib.
Qeyd edək ki, Sabirə Abdullayeva "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarında menecer Yalçın Manafovun köməkçisi vəzifəsində çalışıb. Yalçın Manafov isə hazırda tennis üzrə milli komandanın baş məşqçisi vəzifəsində çalışır.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol