Sankt-Peterburqdakı tennis turnirindən öncə özünün və ailəsinin koronavirus testi müsbət nəticə verən ABŞ idmançısı Sem Kuerri Rusiyadan qaçıb.
Fanat.Az "çempionat"a istinadən xəbər verir ki, bir neçə Avropa ölkəsini gəzəndən sonra xanımı və 8 aylıq oğlu ilə Sankt-Peterburqa gələn tennisçi 14 günlük karantin qaydalarına riayət etmək istəməyib.
Onun şəxsi təyyarə ilə aradan çıxaraq Rusiyayla həmsərhəd ölkələrin birinə uçduğu barədə müxtəlif informasiyalar yayılsa da, idmançının hara getdiyi bilinmir.
Fanat.Az