Böyük Dəbilqə seriyalı turnirlərin üçqat qalibi Anjelika Kerber Tokio Olimpiadasında iştirak etməyəcəyini açıqlayıb.
Fanat.az xəbər verir ki, almaniyalı tennis ulduzu sosial şəbəkə hesabında bu barədə məlumat yayıb. 33 yaşlı raketka ustası Tokio-2020-ni buraxmasını yorğunluğu ilə əlaqələndirib.
Ölkəsini London və Rio Olimpiadalarında təmsil etməyin karyerasının ən önəmli xatirələri arasında yer aldığını vurğulayan Kerber, verdiyi qərarın onun üçün çətin olduğunu bildirib.
Sahib Əsədbəyli