Builki Uimbldon turnirinin finalçısı Matteo Berrettini Tokio 2020-də iştirak edə bilməyəcəyini açıqlayıb.
Fanat.Az xəbər verir ki, italiyalı tennisçi bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Zədəli olduğunu bildirən 25 yaşlı raketka ustası, Olimpiya Oyunlarını buraxacağı üçün məyusluq keçirdiyini ifadə edib.
Qeyd edək ki, Berrettiniyə qədər Rafael Nadal, Roje Federer, Daniel Evans, Serena Uilyams, Anjelika Kerber, Simona Halep, Yohanna Konta kimi tennis ulduzları da müxtəlif səbəbləri əsas gətirərək Tokio 2020-yə qatılmayacağını açıqlayıb.
Sahib Əsədbəyli