İspaniyalı raketka ustası Rafael Nadal "İnstagram" səhifəsində cari mövsümün onun üçün bitdiyini açıqlayıb.
Fanat.Az tennisçinin dediklərini belə çatdırır:
"Hər kəsə salam! Təəssüflə sizə bildirmək istəyirəm ki, 2021 mövsümünü başa vurmalıyam. Düzünü desəm, artıq bir ildir ki, ayağımdan əziyyət çəkirəm və bir az vaxta ehtiyacım var. Komandam və ailəmlə danışdıqdan sonra bu qərarı verdim. Düşünürəm ki, bu, sağalmağım üçün düzgün addımdır.
Bu il mənim üçün Uimbldon, Olimpiada, "US OPEN" və bir çox yarışları qaçırdığım il kimi yadda qalacaq. Son bir il ərzində istədiyim şəkildə məşq edə bilmədiyimi nəzərə alaraq, bərpa olunmaq üçün vaxta ehtiyacım var".
Xatırladaq ki, tennisçi TOKİO-2020 Olimpiyadasını da ayağındakı zədə səbəbi ilə buraxmalı olmuşdu.
Emin Şəmsiyev