Tennis üzrə "Böyük Dəbilqə" seriyalı "US Open" turnirinin kişi finalçıları müəyyənləşib.
Fanat.Az xəbər verir ki, sentyabrın 12-də baş tutacaq həlledici matçda dünya reytinqinin lideri serbiyalı Novak Cokoviçlə sıralamanın 2 nömrəsi rusiyalı Daniil Medvedev üz-üzə gələcək.
Cokoviç 3 saat 38 dəqiqə çəkən yarımfinal qarşılaşmasında Tokio 2020 Yay Olimpiya Oyunlarının çempionu Aleksandr Zverevi (Almaniya) yenib - 4:6, 6:2, 6:4, 4:6, 6:2.
Medvedev isə kanadalı Feliks Oje-Alyassimdən üstün olub - 6:4, 7:5, 6:2.
Bu, 34 yaşlı Cokoviçin 31-ci, 25 yaşlı Medvedevin 3-cü "Böyük Dəbilqə" finalıdır.
Finalların 20-dən qalib ayrılan serbiyalı raketka ustası rəqibini üstələyəcəyi təqdirdə tarixdə ən çox "Böyük Dəbilqə" çempionluğu qazanan kişi tennisçi olacaq.
Qeyd edək ki, turnirin mükafat fondu 57,5 milyon dollar təşkil edir.
Sahib Əsədbəyli