Tennis üzrə Amerika açıq çempionatının ("US Open") kişilər arasında qalibi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, finalda dünya reytinqinin lideri serbiyalı Novak Cokoviçlə sıralamanın iki nömrəsi rusiyalı Daniil Medvedev qarşılaşıb.
Matçın taleyinə üç setdə aydınlıq gəlib. 25 yaşlı Medvedev hər üç hissəni 6:4 aktivinə yazaraq karyerasında ilk dəfə "Böyük Dəbilqə" seriyalı turnirin qalibi olub.
Seriyada 20 dəfə qələbə sevinci yaşayan 34 yaşlı Cokoviç isə tarixdə ən çox "Böyük Dəbilqə" çempionluğu qazanan kişi tennisçi olmaq şansını qaçırıb.
O, həmçinin eyni ildə seriyanın bütün turnirlərində qalib olan üç tennisçidən biri kimi tarixə düşmək imkanını buraxıb.
Sahib Əsədbəyli