Dünyanın 3 nömrəli raketka ustası Novak Cokoviç Uimbldon finalında avstraliyalı Nik Kiryosu yenərək "Böyük Dəbilqə" turnirlərində 21-ci titulunu qazanıb.
Fanat.Az xəbər verir ki, görüş Böyük Britaniyanın paytaxtı Londonda keçirilib.
Qarşılaşma 4:6, 6:3, 6:4, 7:6 (7:3) hesabı ilə turnirdə birinci nömrə altında çıxış edən Cokoviçin xeyrinə başa çatıb. Kiryos ispaniyalı Rafael Nadalın turniri tərk etməsindən sonra avtomatik olaraq finala yüksəlib.
Qeyd edək ki, Cokoviç 21-ci dəfə "Böyük Dəbilqə" turnirinin qalibi olub və bu göstəricidə Federeri (20) üstələyərək ikinci yeri tutub. "Böyük Dəbilqə" titullarının sayına görə lider Nadaldır (22).