Qadın stolüstü tennisçilərimiz İslamiadanın komanda yarışlarında mubarizəyə uğurla başlayıblar.
Fanat.Az xəbər verir ku, ilk oyunda Banqladeş seçməsi ilə qarşılaşan milli 3:0 hesabı ilə qələbə qazanıb.
Ləman Əbdülhəmidova ilə Mərziyyə Nurmətova şəxsi görüşlərdə, Nəzakət Qarayeva-Mərziyyə Nurmətova tandemi isə qoşa yarışda rəqiblərini üstələyib.
Komandamız bu gün Özbəkistan, sabah İran millisi ilə üz-üzə gələcək.