Azərbaycan badmintonçusu Edi Reski Dviçayo Tokio 2020-də mübarizəni dayandırıb.
Fanat.Az xəbər verir ki, yer aldığı L qrupu çərçivəsində dünən baş tutan ilk qarşılaşmasında Vyetnam təmsilçisini 2:0 hesabı ilə üstələyən komandamızın İndoneziya əsilli üzvü, qrupun ikinci və sonuncu görüşündə Minsk 2019 II Avropa Oyunlarının qalibi danimarkalı Anders Antonsenə uduzub - 0:2(16:21,15:21).
Beləliklə, Antonsen qrupu birinci, Dviçayo ikinci sırada tamamlayıb.
Yalnız qrup liderləri pley-off mərhələsinə vəsiqə qazandığından, komandamızın 23 yaşlı üzvü üçün Olimpiya Oyunları bitib.
Qeyd edək ki, Azərbaycan badminton üzrə ilk dəfə Tokio 2020 Olimpiadasında təmsil olunub.
Sahib Əsədbəyli