
ABŞ-ın prezidenti Donald Tramp UFC ilə birlikdə keçiriləcək “Ağ Ev döyüş gecəsi"nin tarixini açıqlayıb.
Fanat.Az xəbər verir ki, tədbir 2026-cı ilin 14 iyununda – onun 80-ci doğum günündə baş tutacaq.
Uzun illərdir UFC prezidenti Dana Uayt ilə dostluq əlaqələrini saxlayan Tramp döyüş gecəsinin Ağ Evin Cənub Bağçasında keçiriləcəyini bildirib. Bu tədbir döyüş idmanları tarixində ilk dəfə Ağ Evdə reallaşacaq UFC gecəsi kimi tarixə düşəcək.
Tədbirdə bir neçə ulduz döyüşçünün iştirakı gözlənilir və UFC rəhbərliyi arenanın quraşdırılması üçün 700 min dollar büdcə ayırıb.
Kamil Xudiyev