Əfsanəvi boksçu Məhəmməd Əlinin nəvəsi Niko Ali Uolş Həbib Nurməhəmmədov və Toni Ferqyuson arasındakı döyüşdə birincinin qələbə qazanacağını bildirib.
Fanat.Az xəbər verir ki, Uolş uzun müddətdi Həbibə azarkeşlik etdiyini qeyd edib:
"Tonini bəyənirəm, amma Həbibin qələbə qazanacağını düşünürəm. Uzun müddətdi ona azarkeşlik edirəm. Onların hər ikisi əla döyüşçüdü".
Həbib - Ferqyuson döyüşü 18 aprel tarixində Nyu-Yorkda keçirilməlidi. Lakin koronavirus pandemiyası səbəbindən məkan dəyişdirilə bilər. Hazırda Las-Veqas variantı müzakirə olunur.
Fanat.Az