İsrael Adesanya Həbib Nurməhəmmədov - Toni Ferqyuson döyüşünün Səudiyyə Ərəbistanında keçirilə biləcəyinə dair məlumat yaymışdı.
Fanat.Az xəbər verir ki, yüngül çəki dərəcəsi üzrə UFC çempionu Həbib Nurməhəmmədovun meneceri Əli Abdel-Əziz məlumatı təkzib edib. O, tvitter hesabında yazıb: "Sən yanılırsan, İsrael".
Həbib - Ferqyuson döyüşü 18 aprelə təyin olunub. İndilik məkan bəlli deyil.
Həbib hazırda Dağıstanda məşqlərini davam etdirir.
Fanat.Az