UFC 249 çərçivəsində 18 apreldə keçirilməli olan Həbib Nurməhəmmədov - Toni Ferqyuson döyüşü böyük ehtimalla baş tutmayacaq.
Fanat.Az ESPN-ə istinadən xəbər verir ki, Həbibin əvəzinə, Castin Qeyci Ferqyusonla döyüşə bilər. UFC amerikalı idmançının namizədliyini irəli sürüb.
Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən Rusiya sərhədlərini bağladığı üçün Həbib ölkəni tərk edə bilmir.
Fanat.Az