UFC 249-da Həbib Nurməhəmmədovu kimin əvəzləyəcəyi müəyyənləşmək üzrədi.
Fanat.Az ESPN-ə istinadən xəbər verir ki, Toni Ferqyusonun rəqibi Castin Qetji olacaq. Döyüşlə bağlı razılığın əldə olunduğunu bildirilir. Lakin müqavilə hələlik imzalanmayıb.
Nurməhəmmədov koronavirus pandemiyası səbəbindən Ferqyusonla döyüşə çıxmaqdan imtina etmişdi.
UFC prezidenti Deyna Uaytın UFC 249-un proqramını bu gün açıqlayacağı gözlənilir.
Fanat.Az