UFC 249 turnirinin mayın 9-da keçirilməsi planlaşdırılır.
Fanat.Az ESPN-in jurnalisti Brett Okamotoya istinadən xəbər verir ki, Toni Ferqyuson və Castin Qetji turnirdə iştirak etmək üçün şifahi şəkildə razılığa gəliblər. Döyüşün qalibi yüngül çəkidə UFC-nin müvəqqəti çempion kəmərinə sahib çıxacaq.
UFC 249 əvvəlcə aprelin 18-nə təyin olunmuşdu. Gecənin əsas döyüşü Həbib Nurməhəmmədov və Toni Ferqyuson arasında olmalı idi. Lakin əvvəlcə rus idmançı koronavirus pandemiyası səbəbindən döyüşdən imtina etmiş, daha sonra isə turnir təxirə salınmışdı.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol