Mayın 23-də keçiriləcək UFC turnirinin əsas simasının kim olacağı dəqiqləşib.
Fanat.Az xəbər verir ki, yarım-orta çəkidə keçmiş çempion Tayron Vudli promouşna rəhbərlik edəcək. Bu barədə UFC-nin prezidenti Deyna Uayt məlumat verib:
"Hazırda Vudlinin döyüşü üzərində işləyirik. 14 gün ərzində 4 turnir keçirəcəyik. Güman ki, Tayronun döyüşü 4-cü turnirin əsas hadisəsi olacaq".
Vudlinin rəqibinin Qilbert Börns olacağı gözlənilir.
Fanat.Az