Həbib Nurməhəmmədovun meneceri Ali Abdel-Aziz Toni Ferqyusona karyerasını bitirməyi məsləhət görüb.
Fanat.Az xəbər verir ki, Abdel-Aziz TMZ-yə iddialı açıqlamalar verib:
"Bu döyüşdən sonra Toni heç vaxt əvvəlki kimi olmayacaq. Qetji ona yaxşı dərs verdi. Ferqyuson Həbiblə də qarşılaşsa, bənzər situasiya ilə üzləşəcəkdi. Onun 36 yaşı var. Artıq karyerasını bitirməlidi.
Toninin ailəsi və övladları var. Onu çöplə şorba içərkən görmək istəmirəm. Toni ilə işləsəydim, ona karyerasını bitirməyini məsləhət görərdim".
Fanat.Az