Yüngül çəkidə müvəqqəti UFC çempionu Castin Qetji Konor Makreqorun karyerasını bərpa edəcəyini düşünür.
Fanat.Az xəbər verir ki, Qetji ESPN-ə müsahibəsində Həbib Nurməhəmmədovla döyüşünün Konorun karyerasının gələcəyinə birbaşa təsir edəcəyini bildirib:
"Məncə, Makqreqor yenidən döyüşəcək. Sadəcə, o, Həbiblə duelimizin qalibinin kim olacağını gözləyir. Nurməhəmmədovu döysəm, Makqreqor 100% qayıdacaq. Həbib qalib gələcəyi təqdirdə isə nələrin olacağını deyə bilmərəm.
İstənilən halda Konor əfsanədi. Bu, dəyişməz olaraq qalacaq. O, hər döyüşçünün xəyalını qurduğu şeylərə nail olub. Makqreqorun qarşısında şapka çıxarıram. Amma səbirsizliklə onun sifətini dağıdacağım günü gözləyirəm".
Makqreqor bu yaxınlarda üçüncü dəfə karyerasını bitirdiyini açıqlamışdı.
Castin Qetji - Həbib Nurməhəmmədov döyüşünün sentyabr ayında keçiriləcəyi gözlənilir.
Fanat.Az