Amerikalı UFC döyüşçüsü Castin Qetji oktaqonda niyə güləşməkdən çəkindiyini deyib.
Fanat.Az xəbər verir ki, "Bloody Elbow" müvəqqəti çempion kəmərinin sahibinin söylədikləri belə çatdırıb:
"Həmişə güləşməyə qarşı olmuşam. Bir dəfə yeddi dəqiqə güləşəndən sonra yeriməyə gücüm qalmadığını hiss etdim. Enerjimi qoruya bilmirəmsə, deməli, mənə güləşmək lazım deyil".
Qeyd edək ki, Qetjinin növbəti rəqibinin Həbib Nurməhəmmədov olacağı və döyüşün bu ilin sentyabrında keçiriləcəyi gözlənilir.
Fanat.Az