"UFC Russia" rəsmi instaqram səhifəsi Rusiyanı təmsil edən MMA döyüşçülərinə həsr olunmuş, info xarakterli fotoqalereya yayımlayıb.
Fanat.Az xəbər verir ki, məlumatda Oleq Taktarovun 1995-ci ildə UFC-6 turnirini qazanaraq Qran-pri qalibi kəmərinə layiq görüldüyü qeyd olunub. 2018-ci ildə El Yakvintanı məğlub edən və yüngül çəkidə çempionluq kəmərinə sahib çıxan Həbib Nurməhəmmədovun zəfəri isə belə təsvir edilib: "Rusiyanın çoxdan gözlənilən ilk çempionu".
Qeyd edək ki, Taktarov daha öncə özünü Rusiyanın ilk UFC çempionu hesab etdiyini bildirmişdi.
Fanat.Az