Fransa əsilli amerikalı döyüşçü Dastin Puarye Həbib Nurməhəmmədov - Castin Qetji görüşündə Qetjiyə azarkeşlik edəcəyini açıqlayıb.
Fanat.Az ESPN-ə istinadən xəbər verir ki, Puarye belə danışıb:
"Etiraf edim ki, Castinə azarkeşlik edəcəm. Əlbəttə, bu, səbəbsiz deyil. O, Həbibə qalib gəlsə, titul döyüşünə çıxmaq şansım artacaq. Belədə, yəqin ki, Qetji ilə mən qarşılaşacam. Onu ən son əzişdirən özüm olmuşam. Məncə, Qetji də yenidən qarşılaşmağımızı istəyir".
Həbib - Qetji görüşü bu ilin sentyabrında keçiriləcək.
Puarye Qetjiyə 2018-ci ilin aprelində 4-cü raundda qeydə alınan texniki nokautla qalib gəlib.
Fanat.Az