Sabah Əbu-Dabidə yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədovla üz-üzə gələcək Castin Qetji döyüş ərəfəsində açıqlama verib.
Fanat.Az-ın məlumatına görə, titul döyüşündə Həbibi yenən ilk idmançı kimi tarixə düşməyi hədəfləyən Qetji belə danışıb:
"Həbibin məni dayandırmasına imkan verməyəcəm. Ortaya maksimum aqressiya qoyacam. Bilirəm ki, bu döyüşün əhəmiyyəti böyükdü və mən hədəflərimə doğru inamla addımlamalıyam".
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol