UFC (Ultimate Fighting Championship) prezidenti Dana Uayt oktyabrın 24-də Castin Qetjini yenərək kareyrasını bitirdiyini açıqlayan Həbib Nurməhəmmədovun oktaqona dönməsini gözlədiyini deyib.
Fanat.Az xəbər verir ki, "CBS Sports" radiosuna müsahibə verən Uayt belə danışıb:
"Döyüşdən sonra Həbib və komandasıyla danışdım. Nurməhəmmədov çox emosianal idi, duyğulanmışdı. Məncə, geri dönə və 30-cu qələbəsini qazana bilər. Onun qayıdışını çox gözləyirəm. Elə mərhum atası da bunu istəyərdi. Qayıdışın necə baş tutacağını isə deyə bilmərəm. Hamımız üçün açıq sualdır".
Xatırladaq ki, yüngül çəkidə çempion titulunu 3-cü dəfə qoruyan Həbib MMA turnirlərində çıxdığı 29 döyüşün hamısında qalib gəlib.
Fanat.Az