UFC iki çəki dərəcəsində sabiq çempion Konor Makqreqor və sabiq müvəqqəti çempion Dastin Pouryenin üz-üzə gələcəyini təsdiqləyib.
Fanat.Az xəbər verir ki, sözügedən qarşılaşma UFC 257 turnirinin əsas döyüşü olacaq. Konor və Dastin gələn ilin yanvar ayının 23-də Əbu-Dabidəki "Döyüşçü adası"nda qarşılaşacaq.
Xatırladaq ki, Makqreqor son döyüşünə bu ilin yanvarında çıxıb. Həmin görüşdə irlandiyalı Donald Serroneni 1 dəqiqədən az müddətə nokauta salıb. Pourye isə iyunda Den Hukeri yenib.
Bu, Dastin və Konor arasında baş tutacaq ikinci duel olacaq. Tərəflər daha öncə 2014-cü ildə üz-üzə gəlib və İrlandiya təmsilçisi Frnsa əsilli ABŞ döyüşçüsü üzərində vaxtından əvvəl qələbə qazanıb.
Fanat.Az