UFC döyüşçüsü Həbib Nurməhəmmədov karyerasını 100 milyon ABŞ dolları qarşılığında bərpa edə bilər.
Fanat.Az xəbər verir ki, bu barədə o, mətbuat konfransında məlumat verib.
32 yaşlı idmançının sözlərinə görə, UFC prezidenti Dana Uayt ona, böyük ehtimalla, pul təklif edəcək: "Bu, 100 milyon dollar olarsa, həlli mümkün problem olacaq. Görək, nə təklif edəcək".
Qeyd edək ki, Həbib Nurməhəmmədov keçirdiyi 29 görüşün hamısında qələbə qazanıb.
Fanat.Az