Mütləq Döyüş Çempionatının (UFC) rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədov rəsmən idman karyerasını başa vurub.
Fanat.Az xəbər verir ki, bu barədə Mütləq Döyüş Çempionatının (UFC) prezidenti Deyna Uayt məlumat yayıb.
Qurum rəhbəri tvitter hesabı üzərindən bildirib ki, "O, 100% rəsmən təqaüdçüdür. Sizi necə işlədiyinizi izləmək inanılmaz idi, hər şey üçün təşəkkür edirəm, gələcəkdən zövq al, dostum".
Qeyd edək ki, daha əvvəl bildirilirdi ki, Mütləq Döyüş Çempionatının prezidenti Həbib Nurməhəmmədovla onun karyerası ilə bağlı görüş keçirəcək.
Fanat.Az