Rusiyalı MMA döyüşçüsü İslam Maxaçev braziliyalı Çarlz Oliveyra üzərində qələbə qazanaraq yüngül çəkidə Mütləq Döyüş Çempionatının (UFC) qalibi adını qazanıb.
Fanat.Az xəbər verir ki, döyüş Əbu-Dabidə keçirilən UFC turnirində baş tutub. Maxaçev rəqibini ikinci raundda boğma üsulu ilə məğlub edib.
Maxaçev yüngül çəkidə UFC çempionu titulunu qazanan ikinci rusiyalı döyüşçü olub. Əvvəllər bu titul 2020-ci ildə amerikalı Castin Qetjini məğlub edən Həbib Nurməhəmmədova məxsus idi.