Dünyanın bir nömrəli raketka ustası Novak Cokoviçin məhkəmə iddiasını udmasına baxmayaraq, Avstraliyada yenidən həbs edilib.
Fanat.Az "Sport Ekspress" nəşrinə istinadən xəbər verir ki, buna etiraz edən idmançının azarkeşləri Melburn küçələrində “Novaka azadlıq ”şüarları səsləndirərək aksiya keçirirlər.
Polis onlara qarşı bibər qazından istifadə edib:
Xatırladaq ki, bir neçə gün əvvəl "Australia Open" turnirində iştirak etmək üçün Novak Cokoviç ölkəyə daxil olub. Avstraliya orqanları onun koronavirus sənədlərinin qaydasında olmadığını bildirərək Cokoviçi ölkədən deportasiya etmək qərarına gəlib.
Emin