
Bu gün Qadın voleybolçulardan ibarət Azərbaycan Yüksək Liqasının III turunda daha bir oyun baş tutub.
Fanat.Az xəbər verir ki, "DH Volley" "Murov Az Terminal"la qarşılaşıb.
Azərbaycan Voleybol Federasiyasının idman zalında reallaşan qarşılaşma "DH Volley"in 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, turun ötən gün keçirilən oyununda UNEC "Azərreyl"i 3:0 hesabı ilə məğlub edib. 3-cü tur noyabrın 21-də başa çatacaq.
Kamil Xudiyev