
Kişi voleybolçulardan ibarət Azərbaycanın millisi bu gün Avropa Liqasında növbəti oyununu keçirəcək.
Fanat.Az xəbər verir ki, Boris Qrebennikovun baş məşqçisi olduğu komanda səfərdə Rumıniya ilə qarşılaşacaq.
Voleybolçularımızın Avroliqada üçüncü oyunu saat 20:00-da başlayacaq.
Yığma əvvəlki görüşlərində Yunanıstana (0:3) və İsveçə (0:3) uduzub. Qeyd edək ki, bu mərhələnin oyunları Rumıniyanın Mioveni şəhərində təşkil olunacaq. Azərbaycan millisi növbəti oyununu sabah İspaniyaya qarşı keçirəcək. Komandamız daha sonra Macarıstan (19 iyun) və Portuqaliya (21 iyun) ilə qarşılaşacaq.
Avropa Liqası
12 iyun
20:00 Azərbaycan – Rumıniya