
Azərbaycanın qadın və kişilərdən ibarət voleybol milliləri bu gün Avropa Liqasında növbəti oyunlarına çıxacaqlar.
Fanat.Az xəbər verir ki, əvvəlcə kişilərdən ibarət komanda İspaniya yığması ilə münasibətlərə aydınlıq gətirəcək.
Rumıniyada təşkil olunacaq görüş saat 20:00-da başlayacaq.
İspanlar 6 xalla 8-ci, əvvəlki matçlarda uduzan Azərbaycan yığması 24-cü yerdədir.
Zərif cinsdən olan təmsilçimiz isə İspaniyada Şimali Makedoniya ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı saat 20:30-da başlayacaq.
Azərbaycan millisi 3 xalla 11-ci, hazırda xalı olmayan Şimali Makedoniya 23-cü pillədə qərarlaşıb.