Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində "Qarabağ" səfərdə 2:3 hesabı ilə "Bayer Leverkuzen"ə məğlub olub.
Fanat.Az xəbər verir ki, görüşün ardından hakim ədalətsizliyini tənqid edən "Troll Football" nəşri maraqlı paylaşım edib.
Nəşr "Bayer Leverkuzen” kömək istəyir və o an hakim" ifadəsini yazaraq bu fotonu paylaşıb.
Xatırladaq ki, Leverkuzendəki oyunu idarə edən ingilis referi Entoni Teylor ikinci hissədə “Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyevi birbaşa qırmızı vərəqə ilə meydandan qovub.
Nahid Ustaclı