10:13 14.04.2023 936

Ulu öndərin adını daşıyan arena - Böyük futbol qayıdır

(Yazı "Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusu üzrə hazırlanıb)

Azərbaycanın şəhər və rayonlarında dövlət qeydiyyatında olan təxminən 200 stadion var. Onların üçdəbirinin tutumu 1500 nəfərdən yuxarıdır ki, belə idman qurğularının demək olar yarısı bölgələrin payına düşür. Aran iqtisadi rayonunda isə 1500 nəfərdən çox tutuma malik 20-21 stadion mövcuddur. Təəssüflə qeyd etməliyik ki, həmin stadionların bir çoxu boş qalıb.

Onlardan biri isə Azərbaycanın Ulu Öndəri, Ümummilli lider Heydər Əliyevin adını daşıyan İmişli şəhər stadionudur. Hansı ki, bu arena hətta beynəlxalq oyuna da ev sahibliyi edib. Lakin çox təəssüf ki, 7300 nəfərlik tutuma malik o cür gözəl stadion futbolsuzluq və baxımsızlıq ucbatından heç də yaxşı vəziyyətdə deyil. Axı futbol və komanda olmayanda, məlum məsələdir ki, arena da baxımsız duruma düşür və ildən-ilə öz görkəmini itirir. 
Yeri gəlmişkən, uzun fasilədən sonra böyük futbol bu arenaya qayıtdı. Belə ki, bu həftə Birinci Divizionda yarışan "İmişli" "Qarabağ-2" ilə ev oyununu sözügedən stadionda keçirdi. Təxminən 4 min azarkeşin izlədiyi matç arenaya keçmiş günlərini xatırlatdı...



"MKT-Araz" klubunun sponsorları tərəfindən 2,5 milyon dollar xərclənərək tikilən və 2006-cı ildə istifadəyə verilən İmişli şəhər stadionunun yerində əvvəllər tribunasız, adi meydança olub. Futbolumuzda baş verən inqilabdan sonra bir çox bölgələrdə olduğu kimi, yeni yaranan "MKT-Araz" klubu da özünə yeni, müasir stadion tikməyə qərar verib. Arenanın inşası ilə bağlı işlər 2004-cü ildə başlayıb və 2 ilə yaxın davam edib. Bu müddətdə isə "MKT-Araz" "qaçqın" statusu yaşayıb. İmişli təmsilçisi 2004/2005 mövsümündə, eləcə də 2006/2007 futbol ilinin yarısında ev oyunlarını Cəlilabad, Sumqayıt şəhərlərində keçirib. Qeyd etdiyimiz kimi, hələ tikinti işləri başa çatmamış, tribunaların heç də hamısı quraşdırılmamış stadionda bire neçə çempionat matçı baş tutub.

Arenanın rəsmi açılışı 2006-cı ilin mart ayının 23-də Prezident İlham Əliyevin İmişliyə səfəri zamanı baş tutub. Rəsmi açılışdan və Heydər Əliyevin adını daşıdıqdan sonra komanda ilk oyununa üç gün sonra - ayın 26-da çıxıb. Həmin gün "ağ-yaşıllar" "Turan"la üz-üzə gəlib və 0:1 hesabı ilə uduzub.   


Arena 7300 tamaşaçı tutur. Hərçənd, ilkin göstəricilərdə tutum 8500 göstərilirdi. Sonradan sıxlıq olduğunu nəzərə alıb təxminən min oturacaq götürüblər. 
2006-cı il aprelin 26-da isə UEFA tərəfindən lisenziya alan bu stadionda həmin ilin yayında beynəlxalq oyun keçirilib. Belə ki, "MKT-Araz" iyunun 17-də Moldovanın "Tiraspol" komandası ilə İntertoto kubokunun ev oyununu keçirib. Aran zona təmsilçisi 1:0 hesabı ilə qalib gəlsə də, bir həftə sonra Tiraspolda 2 cavabsız qolla məğlub olaraq mübarizəni dayandırıb. 


Ancaq 2007-ci ildə klub gözlənilmədən dağıldı. Halbuki, komanda həmin yayda da avrokubokda - UEFA Kubokunda iştirak etmişdi. Ölkə kubokunda final oynayan "MKT-Araz" həlledici oyunda "Xəzər Lənkəran"a uduzsa da, cənub təmsilçisinin həm də ölkə çempionu olması imişlilərin qitə səhnəsinə növbəti və sonuncu dəfə yollanmasına şərait yaratmışdı. Bu dəfə UEFA-nın hava limanı tələbinə görə Bakıda oynamalı olan "MKT-Araz" Tofiq Bəhramov adına Respublika stadionunda Polşanın "Qrotslin" komandasını qəbul etmişdi. Qolsuz heç-heçə (0:0) bitən duelin qalibi ikinci oyunda müəyyənləşmişdi. Polşalılar bir həftə sonrakı görüşdə 1:0 hesabı ilə qalib gələrək "MKT-Araz"ın məhvinə yol açmışdı. Hər halda, komanda dağılmaq xəbərini elə təyyarədə almışdı...  



Beləliklə, "MKT-Araz" Premyer Liqa səviyyəsində Heydər Əliyev adına İmişli şəhər stadionunda son matçını 2007-ci il mayın 18-də "Karvan"a qarşı keçirib və 1:0 hesabı ilə qalib gəlib. İmişlilər stadionun rəsmi açılışından klubun dağılmasına qədər müddətdə burada 17 Premyer Liqa matçı keçirib və 9 qələbə, 4 heç-heçə, 4 məğlubiyyətlə yadda qalıblar.  
Sonradan komanda “Mil-Muğan” adı ilə Birinci Divizionda, həmçinin Region Liqasında oynayıb.

"MKT-Araz"dan tanıdığımız, sonradan komanda "Mil-Muğan" adlanərkən onun prezidenti olan, hazırda isə stadionun direktoru postunu tutan Mirheydər Səfiyevin arenanın fəaliyyəti və hazırki durumu barədə fikirlərini təqdim edirik:

"Klub 2004-cü il yanvarın 17-də yaranmışdı. Yarandıqdan dərhal sonra stadionun tikintisinə qərar verildi. Tikinti gedə-gedə burda keçirdiyimiz oyunlar olub. Ancaq ev oyunlarımızı əsasən Sumqayıtda, Cəlilabadda keçirirdik. Cəlilabadda 6 aya yaxın məskunlaşmışıq. Arena köhnə meydançanın yerində, "MKT-Araz"ın sponsorlarının ayırdığı maliyyə ilə tikilib. Klub 2007-ci ildə Premyer Liqada çıxışını dayandırsa da, "Mil-Muğan" adı ilə uzun illər - 2018-ci ilə qədər fəaliyyət göstərmişik. Hətta Region Liqasının bəzi ev oyunları da burda keçirilib.

Qeyd etdiyim kimi, indiki stadionun yerində əvvəl meydança var idi. O, Melorasiya Su Təsərrüfatı Nazirliyinin balansında olub. Həmin qurum ləğv olunandan sonra stadion Həmkarlar Konfederasiyasına verilmişdi. "MKT-Araz" rəhbərliyi oranı 20 il müddətinə icarəyə götürdükdən sonra əvvəlki stadion reknstruksiya olundu, tribunalar, yardımçı tikililər quraşdırılıdı, əlavə meydançalar istifadəyə verildi. 


Şəhər stadionu daxili imkanlar, ən əsası isə AFFA-nın bizə uşaq futbolu üçün ayırdığı vəsaitin hesabına varlığını davam etdirir. Bildiyiniz kimi, federasiya uşaq futboluna dəstək üçün bölgə klublarına maddi yardım göstərir. Yeri gəlmişkən, "Mil-Muğan"ın 6 yaş qrupu üzrə uşaq komandası var. Hansı ki, respublika çempionatında müvafiq yaş qrupu üzrə liqalarda yarışırlar. Onlara ayrılan puldan stadionun baxımına da ayırırıq. 

Klubun 10-a yaxın əməkdaşı var. Sağ olsunlar, stadiondakı texniki işlərə onlar əl yetirirlər. Bizdə ot örtüyü qazon deyil, təbii çayırdır. Hazırda qazon yamyaşıldır. Əvvəlki illərdən yığılıb qalan işıq pulu borcumuz var. Təxminən 5-6 min manatdır. Amma gücümüz çatdığı qədər ödəyirik, artmağa qoymuruq. Su problemimiz yoxdur. O vaxt su çənləri quraşdırılmışdı, artizandan su vurub onları doldururuq, kifayət edir. Bir sözlə, arena fəaliyyətini davam etdirir. Divizionda mübarizə aparan "İmişli" bundan sonra ev oyunlarını burda keçirəcək. Əvvəl Kürdəmirdə, Saatlı İdman Kompleksində oynayırdılar. Razılaşdıq ki, elə burda çıxış etsinlər".

Mirağa Mirzəyev

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 May 2024
00:46

ÇL-in finalında "Real"la "Borussiya" qarşılaşacaq 

08 May 2024
23:50

Medina "Qarabağ"la müqavilə yeniləyib? - AÇIQLAMA

22:40

KL: "Fiorentina" finalda!

21:21

Virts "Real"a nə vaxt keçəcək?

21:00

Samir Nəsri əfsanəvi almanın bu planının üstünü açdı

19:35

Serb futbolçu "Yuventus"u tərk edəcək, İtaliyanı yox

18:44

İngiltərə nəhənginin yeni baş məşqçisi bilindi - Rəsmi qərar bu tarixdə açıqlanacaq

17:55

“Borussiya”nın kapitanı olduğum üçün çox fəxr edirəm" - Emre Can

17:37

"Çelsi" forvardını satışa çıxardı

17:16

"Biz yalnız Kroosa yox, mütəşəkkil komandaya qarşı oynayacağıq" - Tomas Tuxel

16:54

"Almaniyaya tez gəlsəydim, Musalanı İngiltərə millisində oynamağa razı salardım" - Harri Keyn

16:23

PFL ilə "YAŞAT" Fondu arasında memorandum imzalandı

16:14

İstanbul nəhəngi "Çelsi" ilə anlaşdı - SON DURUM

15:55

Azarkeşlər Palmeri seçdilər

15:36

Rüfət Quliyevi əvəzləyəcək şəxs bilindi  

15:17

"Barselona"da fikir ayrılığı: Laporta və Deku Xavi ilə razılaşmadılar

14:58

"Qorxmuruq, kimə qarşı oynadığımızın fərqindəyik" - Manuel Noyer

14:40

Bölgə klubunda radikal dəyişiklik - Əsgər Abdullayev də gedir

14:21

DİN və DTX əməkdaşları AFFA-da

14:05

"Qapıya 31 zərbə endirsək də..." - Enrikedən emosional məğlubiyyət şərhi

13:48

Futzal turnirinin qalibi bilindi

13:31

"Nə deyəcəyimi bilmirəm" - Vitinya

13:14

Almaniya futbolu tarixində Hummels kimisi olmamışdı

12:57

PSJ-dən maraqlı antirekord

12:44

"Kəpəz"in 2 legionerinə ağır cəza verildi, klub 8500 manat cərimələndi

12:32

AFFA "Turan Tovuz"un legionerini 4 oyunluq kənarlaşdırdı

12:20

"Qarabağ" ilə "Neftçi" barədə ölçü götürüldü: 5800 manatlıq cərimə 

12:02

Qadın boksçulardan ibarət Azərbaycan yığması Almatıya yollandı

11:45

"Jirona" ÇL-ə buraxılmır - SƏBƏB 

11:26

"Şadam ki, indi azarkeşlərimizə olan borcumuzu qaytara bilərik" - Edin Terziç

11:08

"Üzgün və kədərliyik" - Kilian Mbappe

10:33

Yoahim Löv: "Final fitindən sonra tualetə qaçdım"

10:12

"Borussiya" Parisi də fəth etdi - VİDEO

09:49

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

ÇL-in tarixində ikinci dəfə - Yenə "Borussiya"

01:20

“Beşiktaş” finala yüksəldi

00:53

Çempionlar Liqası: "Borussiya" Parisi susdurub finala yüksəldi 

07 May 2024
21:27

Ten Haq MY-dəki gələcəyinin necə olacağı ilə bağlı sualı belə cavablandırdı

20:20

"Laporta məndən onunla bağlı məlumatları aldı" - "Xetafe"nin prezidenti "Barselona"nın planının üstünü açdı

19:30

"Mançester Siti" ilə "Arsenal" türkiyəli ulduza görə yarışa girdilər - Qiyməti "əl yandırır" 

Facebookdan bizi izləməyi unutmayın.
X