2023/24 mövsümü üçün transfer çalışmalarını davam etdirən "İrəvan" heyətini daha bir futbolçu ilə gücləndirib.
Fanat.Az xəbər verir ki, Birinci Liqa təmsilçisi azad agent olan Ramin Məhərrəmovla 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Ramin Məhərrəmov daha əvvəl "Keşlə"(indiki Şamaxı) klubunda oynayəb. 21 yaşlı yarımmüdafiəçi Azərbaycanın U-16, U-17 və U-19 millilərinin şərəfini qoruyub. O, son olaraq "Neftçi" komandasının heyətində çıxış edib.